Ərdoğan Anıtqəbiri ziyarət edib

Dünya

03.06.2023 - 17:38

Bu gün Türkiyə prezidentinin andiçmə mərasimi keçirilib

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan Ankarada Anıtqəbiri ziyarət edib.

AYNA xəbər verir ki, o, seçkilərin nəticəsinin millətə xeyirli olmasını diləyib.

“Hesab edirik ki, Prezident Hökümət Sisteminin etimad səsi aldığı bu seçkilər millətimiz üçün yeni bir dövrün qapılarını açdı. Qarşıdakı 5 il ərzində “Türkiyə Əsri” ilə bağlı vizyonumuzu reallaşdırmaq üçün çox çalışmaqda davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Müəllif: Ayna.az