Ərazisi Abşeron yarımadasından kiçik olan ölkənin möcüzələri

Maraqlı

19.09.2019 - 14:09

Və ya Sinqapurun enerjisinə dair maaraqlı faktlar

 

Keçmiş Britaniya koloniyası olan və 1965-ci ildə müstəqillik əldə edən Sinqapurun, hazırda illik ixracı 400 milyard dollar ətrafındadır, bunun 18 mlrd-ı neft məhsullarının payına düşür. Ən iri neftayırma zavodları RD/Shell şirkətinə məxsusdur.

 

Sinqapurun nefti olmasa da, ancaq dünya neft sənayesi ilə sıx əlaqəsi var: Dünya üzrə dəniz neftinin kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan üzən qazma qurğularının 70% avadanlığı Sinqapur tərsanələrində istehsal olunur.

 

Sinqapur müstəqillikdən əvvəl 3 şey ixrac edirmiş: kibrit, balıq qarmağı və balıq tutmaq üçün tor. İndi ixracatın əsas hissəsi informasiya texnologiyaları məhsulları, neft və kimya məhsulları və elektronik avadanlığın payına düşür.

 

Sinqapurun dövlət büdcəsinin gəlirləri 51 mlrd. dollar ətrafındadır. 2018-ci ildə şəhər-dövlətin ÜDM-i 364.1 mlrd. dollar olub. Sinqapurda 3000-dən çox tanınmış xarici şirkətin ofisi yerləşir.

 

Əhalisi 5.6 mln. nəfərdir. Sinqapur şəhəri 1 ildə 50 mlrd. kVt/saat elektrik enerjisi istehlak edir və istehlakın 2%-i alternativ enerji mənbələri hesabına həyata keçirilir (Azərbaycandan 40 dəfə çox - ərazisi də Abşeron yarımadasından kiçikdir). Bu dövlət elektrik enerjisi idxal etmir.

Müəllif: İlham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert