Rusiyada məşhurlaşan azərbaycanlı tibb bacısı AYNA-da: <font color=red> “Sizə yalvarıram...”</font>

Maraqlı

19.06.2020 - 14:35

Nuranə Əminova: “Buranın öz həkimləri işləməkdən imtina etdilər, amma mən geri durmadım”

 

Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dönəmdə tibb işçiləri, sanki ön cəhbədə döyüşən qəhrəmanları xatırladır. Belə bir vaxtda özünü və ailəsini fəda etməyə hazır olan qəhrəmanlarımızdan biri hazırda Azərbaycanı Rusiyada təmsil edir. Artıq qısa zaman kəsiyində Rusiyanın bir neçə vilayətində məşhur olmağa başlayıb, şəkilləri küçələrdə böyük lövhələrə vurulub, ünvanına təşəkkürlər edilir, haqqında sosial şəbəkələrdə müzakirələr gedir.

 

Beləliklə, AYNA-nın müsahibi Nuranə Əminovadır.

 

- Nuranə xanım, Rusiyada tibb sahəsində nə qədər müddətdir çalışırsınız?

 

- Rusiyada 2012-ci ildən işləyirəm. Krasnoqorsk Şəhər Xəstəxanasında prosedur tibb bacısı kimi çalışıram. İşimiz ondan ibarətdir ki, xəstələrdən qan analizi götürürük və onlara iynə (əzələdaxili və damardaxili) vururuq.

Ülviyyə Şahin