“Hazırda İsraillə atəşkəs və ya hərbi əməliyyatlar barədə əldə olunmuş heç bir razılıq yoxdur”
“Hazırda İsraillə atəşkəs və ya hərbi əməliyyatlar barədə əldə olunmuş heç bir razılıq yoxdur”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Nazir bildirib ki, İsrail yerli vaxtla səhər saat 4-dən gec olmayaraq hücumları dayandırarsa, Tehran da zərbə endirməyəcək.
Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması ilə bağlı yekun qərar daha sonra veriləcək.