“İran və ABŞ hələ də İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün razılaşma əldə etməkdən uzaqdırlar”
“İran və ABŞ hələ də İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün razılaşma əldə etməkdən uzaqdırlar”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçi deyib.
“Media İran və ABŞ arasında gözlənilən razılaşma ilə bağlı spekulyasiya edir. Mən bunun əldə edildiyini deyə bilmərəm. İran səmimi şəkildə bütün tərəflərin maraqlarına cavab verəcək diplomatik həll yolu axtarır. Amma bu məqsədə çatmaq üçün bütün sanksiyaları tamamilə aradan qaldıracaq və İranın dinc nüvə enerjisi, o cümlədən uranın zənginləşdirilməsinə dair hüquqlarını qoruyacaq razılaşma lazımdır”, - deyə qeyd olunub.