İranın xarici işlər naziri və Pakistan ordusunun komandanı arasında telefon danışığı olub
İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir arasında telefon danışığı olub.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, tərəflər İran Prezidenti və Pakistan Baş naziri arasında baş tutan söhbətdə müzakirə olunmuş mövzuların izlənilməsi və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Eyni zamanda, İsrailin İranda və Livanda atəşkəsi pozması da müzakirə olunan məsələlər arasında olub. Əraqçi deyib ki, “İsrail atəşkəsi pozub”.