Əraqçi: “ABŞ-la danışıqlarla bağlı hansısa nəticə çıxarmaq hələ tezdir”

Dünya

01.06.2026 - 12:39

"Danışıqlar və mesaj mübadiləsi davam edir və konkret nəticə əldə olunana qədər hər hansı bir nəticə çıxarmaq hələ tezdir”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların yekun nəticələri açıqlanana qədər mediada yayılan xəbərlərə inanmamağı tövsiyə edib. Bu barədə AYNA.AZ İran mediasına istinadən xəbər verir.

"Danışıqlar və mesaj mübadiləsi davam edir və konkret nəticə əldə olunana qədər hər hansı bir nəticə çıxarmaq hələ tezdir. İndi deyilənlərin hamısı sırf spekulyativdir və məlumat rəsmi və qəti təsdiq alana qədər çox əhəmiyyət verilməməlidir", - deyə o İranın dövlət televiziyasına bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş