"ABŞ ilə nüvə proqramı ilə bağlı danışıqlar fevralın 6-da təxminən saat 10:00-da Maskatda planlaşdırılıb”
“Əvvəllər elan edildiyi kimi, ABŞ ilə danışıqlar cümə günü Omanda planlaşdırılıb”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"ABŞ ilə nüvə proqramı ilə bağlı danışıqlar cümə günü, fevralın 6-da təxminən saat 10:00-da Maskatdə (Omanın paytaxtı) planlaşdırılıb. Bütün lazımi tədbirləri gördüklərinə görə Oman qardaşlarımıza minnətdaram", - Əraqçi bildirib.
Daha əvvəl Amerikanın "Axios" portalının jurnalisti Barak Ravid mənbələrə istinadən bildirib ki, ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı 6 fevralda Omanda keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib. "Axios"un məlumatına görə, bu, tərəflərin danışıqlar formatı barədə razılığa gələ bilməməsi ilə bağlıdır.