Pərviz Şahbazov aprelin 21-də 3 rayonun sakinlərini qəbul edəcək
Energetika naziri Pərviz Şahbazov aprelin 21-də Cəlilabad şəhərində Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşəcək. Qəbul Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) keçiriləcək.
Nazirlikdən AYNA-ya bildirilib ki, qəbula yazılmaq üçün vətəndaşlar qurumun [email protected] elektron poçt ünvanı, 598-16-53/54 telefon nömrəsi,“974” Çağrı mərkəzi, 598-16-55 “Qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı vasitəsilə müraciət edə bilərlər (əlaqə telefonu: (050) 668-61-24, elektron poçt ünvanı: [email protected]).