Emoməli Rəhmon İlham Əliyevə zəng edib

Xəbərlər

04.12.2024 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

İkitərəfli gündəliyə aid olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AYNA xəbər verir ki, telefon söhbəti zamanı Prezident Emoməli Rəhmon COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid olan aktual məsələlər, həmçinin Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az