Əminə Ərdoğan: "Fələstini müdafiə etmək bütün bəşəriyyəti müdafiə etməkdir"

Dünya

29.12.2025 - 23:44

Türkiyənin birinci xanımı Fələstinə həsr olunmuş sərgi haqqında paylaşım edib

“Fələstini müdafiə etmək təkcə fələstinliləri deyil, bütün bəşəriyyəti müdafiə etmək deməkdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial mediada Fələstinə həsr olunmuş "Qalanların" sərgisinin açılışını şərh edərkən yazıb.

Ərdoğan vurğulayıb ki, "Fələstini müdafiə etmək təkcə fələstinliləri deyil, həm də bütün bəşəriyyəti, onu dəstəkləyən dəyərləri və hər şeydən əvvəl insan qalmaq hüququmuzu müdafiə etmək deməkdir".

Türkiyə liderinin həyat yoldaşı sərginin açılış proqramı ilə bağlı video da paylaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş