“Embraer” sərnişin təyyarəsi qəza siqnalından sonra Mahaçqalaya enib

Dünya

28.07.2025 - 12:33

Xəzər dənizi üzərində uçuş zamanı qəza siqnalı verilib

“Embraer 190” sərnişin təyyarəsi qəza siqnalından sonra Mahaçqala hava limanına məcburi eniş edib. AYNA.AZ bildirir ki, bu barədə “İnterfaks”a aviasiya xidmətindən məlumat verilib.

"Təyyarə Moskva vaxtı ilə saat 00:45-də eniş edib", - agentliyin mənbələri bildirib.

İjevskdən uçan təyyarənin göyərtəsində sərnişinlər olub.

Xəzər dənizi üzərində uçuş zamanı qəza siqnalı verilib. Ekipaj fövqəladə hallar üçün təlimatlara uyğun hərəkət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş