Elon Mask “Twitter”in keçmiş əməkdaşına məhkəmədə uduzub

Dünya

24.09.2024 - 17:10

Həkimlər Klinikalar SEO Xidməti

Arbitraj məhkəməsi iddiaçının "tam işdən çıxma müavinəti alacağına" qərar verib

Amerikalı sahibkar, milyarder Elon Mask 2022-ci ildə şirkətdə kütləvi ixtisarlardan sonra ona işdən çıxma müavinətini vermədiyi üçün “Twitter” əməkdaşının (indiki X) qaldırdığı iddia əsasında məhkəməni uduzub. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Arbitraj məhkəməsi iddiaçının "tam işdən çıxma müavinəti alacağına" qərar verib. Hüquqşünasın fikrincə, belə bir qərar işdən çıxma haqqı almayan digər şirkət işçilərinə kömək edə bilər. Daha 15 oxşar iş üzrə arbitraj dinləmələri keçirilib və yaxın bir neçə ay ərzində daha qaneedici qərarların veriləcəyi gözlənilir.

2022-ci ildə Mask “Twitter”i 44 milyard dollara aldı və sosial şəbəkə işçilərinin yarıdan çoxunu işdən çıxardı. Nəticədə şirkətin işçi heyəti 7,5 min nəfərdən təqribən 2 min nəfərə qədər azaldıldı. “X” şirkətinin keçmiş işçiləri işdən çıxarıldıqdan sonra müavinətlərin ödənilməməsinə görə Maska qarşı arbitraj məhkəməsinə təxminən 2,2 min ərizə verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş