Jurnalist xərçəng xəstəliyindən əziyyət çəkirmiş
Azərbaycanda jurnalist vəfat edib. AYNA xəbər verir ki, jurnalist Ellada Mustafayeva bu gecə dünyasını dəyişib.
Yaxınlarının sosial şəbəkədə yazdıqlarına görə, 34 yaşında vəfat edən jurnalist xərçəng xəstəliyindən əziyyət çəkib.
E.Mustafayeva bundan əvvəl Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində müəllim işləyib. Sonuncu iş yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elektron Təhlükəsizlik Xidməti olub.
Allah rəhmət eləsin!