Liderlər arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.
AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri hökumətin iclasında bildirib.
Qeyd edək ki, bundan əvvəl görüş iyulun 21-nə nəzərdə tutulmuşdu. Sonradan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirin planlaşdırıldığından əvvəl ola biləcəyi barədə xəbər verdi.