Əlilliyi olan 78 min nəfərə reabilitasiya xidmətləri göstərilib

Xəbərlər

14.08.2025 - 14:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-iyul aylarında əlilliyi olan 78 min nəfəri reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, onlardan 43 mininə ambulator, 18 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Son illər agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) də tətbiq edilir.

Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş