Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Xəbərlər

23.07.2024 - 11:53

cedabet dərman SEO Xidməti

7,7 min şəxsə 58,4 min reabilitasiya vasitəsi də verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 6 ayında əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib. AYNA xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, onlardan 26,1 mini ambulator, 13,8 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.

Qeyd edilib ki, bu ilin yanvar-iyun aylarında əlilliyi olan 7,7 min şəxsə 58,4 min reabilitasiya vasitəsi də verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş