Əlilliyi olan 4700-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Xəbərlər

25.03.2024 - 20:09

cedabet dərman SEO Xidməti

Yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 min 750 uşağa reabilitasiya xidmətləri göstərilib

Son iki ayda əlilliyi olan 4 min 750 uşağa reabilitasiya xidmətləri göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AYNA-ya verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 min 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan 312 nəfəri stasionar, 2 946 nəfəri ambulator, 160 nəfəri icma əsaslı, 1194 nəfəri onlayn, 59 nəfəri ippoterapiya, 79 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş