Əli Ukrayna uğrunda şəhid olur, erməni muzdlular isə "Vaqner"də döyüşür - Fərqə baxın!

Dünya

02.12.2021 - 21:15

Real kontrast: Alxaslının separatçılara qarşı döyüşməsi fonunda erməni muzdluları Ukraynaya qarşı döyüşür...

Bu, Ukraynanın çətin vəziyyətə düşdüyü dövrdə kimin və necə özünü göstərdiyi barədə dəqiq fikir yaradan çox açıq məlumatdır. Çərşənbə axşamı Xarkovda, şəhərin Yaroslavskaya küçəsi, 31 (keçmiş Kontorskaya) Kafedral kilsəsində ötən cümə günü, noyabrın 26-da Donbassda, Birgə Operativ Qüvvələrin keçirdiyi əməliyyat zamanı rus snayperinin gülləsindən həlak olmuş Ukraynanın azərbaycanlı qəhrəmanı Əli Naib oğlu Alxaslı ilə vida mərasimi keçirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (ODAU) təşəbbüsü ilə Əli Alxaslı ilə vida mərasiminə onun anası və qardaşı Bakıdan Xarkova gəlib. Həmçinin ODAU-nun təşəbbüsü ilə Əli Alxsalının qəbirüstü abidəsi qoyulacaq. Bundan əvvəl mərhumun adını öz "Facebook" səhifəsində Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsini icra edən Aleksandr Skakun açıqlayıb.

"Noyabrın 26-da həmyerlimiz cəbhədə snayper gülləsinə tuş gələrək şəhid olub. A0693 saylı hərbi hissənin motoatıcı taborunun atəşlə təminat rotasının tank əleyhinə tağımının 2-ci tank əleyhinə bölüyünün böyük operatoru, baş rütbəli əsgər Alxaslı Əli Naib oğlu ölümcül yaralanıb və dünyasını dəyişib”, - deyə yazıb. 

Əli Azərbaycanda anadan olub, Xarkovda yaşayıb. O, 2018-ci ildə hərbi xidmətə yollanıb və ikinci vətənini müdafiə edib. Ordudan əvvəl Əli fəal idmançı idi, fərdi döyüş sənəti ilə peşəkar şəkildə məşğul olurdu.

“O, Donbassdakı müharibə və ikinci vətənlərinin bütövlüyünü qorumağı şərəf məsələsinə çevrdikləri çoxsaylı azərbaycanlılardan biri idi. Bildiyiniz kimi, Rusiya Ukraynanın şərqində müharibələrə başladıqdan sonra çoxlu etnik azərbaycanlı rəşadətlə döyüşüb və həlak olub. Necə ki, Birinci Qarabağ müharibəsi zamanı etnik ukraynalılar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşub və həlak olublar”, - deyə ODAU-nun rəhbəri Hikmət Cavadov "Facebook" səhifəsində yazıb.

İndi isə Ukrayna Analitika və Təhlükəsizlik Mərkəzinin (UTSAB) bir analitik hesabatı ilə tanış olmağı təklif edirəm. Onun müəllifləri sual verirlər - bu gün erməni cəmiyyəti öz milli qüruruna toxuna biləcək belə bir həqiqəti qəbul etməyə hazırdırmı? Dağlıq Qarabağda döyüşlərin ən qızğın günlərində İrəvanın əbəs yerə gözlədiyi, əslində Rusiya xüsusi xidmət orqanlarının büdcəsi hesabına hərbi cinayətkar olan qondarma “Donbasslı erməni könüllüləri” haqqında həqiqəti?

UTSAB “Komsomolskaya Pravda”da jurnalist Steşinin “Qarabağa erməni könüllülərinin axını İrəvanın muzdluluq haqqında qanunun qəbul edilməsi səbəbindən baş tutmamasını” yazmaqla, açıq şəkildə manipulyasiya etdiyi məqaləyə istinad edir. UTSAB-ın məlumatına görə, bu sözlər qondarma "Donbass könüllülər birliyinin sədri" və eyni zamanda - FSB general-mayoru Aleksandr Borodayın ötən il oktyabrın 20-də verdiyi bəyanatdan demək olar ki, birbaşa sitatdır.

"Komsomolskaya Pravda"nın yalanları asanlıqla ifşa olunur. İrəvan BMT-nin muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və hazırlanması ilə mübarizə haqqında 1989-cu il Beynəlxalq Konvensiyasına yenicə, ötən ilin oktyabrında rəsmən qoşulub (yeri gəlmişkən, Rusiya Federasiyası artıq 30 ildir ki, bu Konvensiyanı ratifikasiya etməkdən imtina edir).Və bu, muzdlu tutmağa görə cinayət məsuliyyətinin hələ 2003-cü ildə Ermənistan Respublikası Cinayət Məcəlləsinin (CM) 395-ci maddəsində təsbit edilməsinə baxmayaraq baş verir. Bu dəfə isə söhbət yalnız ratifikasiyadan gedirdi", - deyə UTSAB yazır.

Onlar belə vurğulayırlar ki, Dağlıq Qarabağdakı silahlı münaqişə şəraitində “muzdlu” ifadəsi Ermənistan vətəndaşlarına ümumiyyətlə şamil edilmir, çünki bu ölkənin Cinayət Məcəlləsində belə yazılıb. Həmçinin göstərilir ki, 2014-cü ildən rəsmi İrəvan öz vətəndaşlarına, o cümlədən Ermənistan və Rusiya Federasiyasının ikili vətəndaşlığı olan şəxslərə, habelə FSB tərəfindən digər ölkələrdə hərbi əməliyyatlarda kütləvi şəkildə iştirak etmək üçün cəlb edilən erməni diasporunun nümayəndələrinə göz yumur. 

“Hələ belə bir nəfər də olsun cinayət məsuliyyətinə cəlb olunmayıb, üstəlik, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir nəfər də olsun saxlanılmayıb, baxmayaraq ki, onlardan yüzdən çoxunun adı “Mirotvorets” saytının açıq məlumat bazasında yer alıb. Vurğulanır ki, bu muzdlular Ukraynadakı “hərbi zəhmətdən”dən sonra tamamilə sakit şəkildə İrəvan, Gümrü və Xankəndiyə, 2015-ci ilin sonundan isə başqa ölkələrə “istirahət” üçün gəliblər.

Vurğulanır ki, 2017-ci ilin oktyabrından 2019-cu ilin may ayına qədər Ukrayna Təhlükəsizlik Xidməti Rusiya hərbi kəşfiyyatının ştatdankənar bölməsinin - “Vaqner”in cinayətkar fəaliyyəti ilə bağlı 20-dən çox məlumat materialı dərc edib və aralarında Ermənistan vətəndaşlarının da yer aldığı bir neçə yüz nəfər muzdlunun məlumatlarını ictimaiyyətə açıqlayıb. 

"Bəli, 2018-ci ilin fevralında Suriyada Putinin “aşpazı” ləqəbli Yevgeni Priqojinin qondarma hücumu zamanı həlak olmuş Q.X.Qraçyan və S.İ.Aharonyanın adları açıqlanıb. Mərkəzi Afrikada rusiyalı jurnalistlər – O.Camal, A.Rastorquev və K.Radçenkonun qətlində şübhəli bilinənlər sırasında Kirakosyan Artur Aleksandroviçin (Saşayeviç) də adı çəkilir. Ukrayna Analitika və Təhlükəsizlik Mərkəzinin ekspertləri son iki il ərzində "Vaqner" silahlılarının Ukrayna, Suriya, Sudan, Liviya, Mərkəzi Afrika Respublikası və digər ölkələrdə törətdiyi cinayətlərdə iştirak edən erməni köklü daha on muzdlunun olduğunu müəyyən ediblər”, -UTSAB-ın saytındakı mətndə deyilir. 

Bu, ermənilərin terror ənənələrinə hörmətlə yanaşdığının daha bir sübutudur. Bu göstərici həm də real kontrastı üzə çıxarır: azərbaycanlı Əli Alxaslının Ukrayna uğrunda necə şəhid olması, separatçılara qarşı döyüşməsi fonunda erməni muzdluları Ukraynaya qarşı döyüşür...

Müəllif: Əkbər Həsənov