Əli Nağıyev Laçında xidməti ezamiyyətdə olub

Xəbərlər

09.12.2020 - 12:23

DTX rəisi Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri ilə görüşüb

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub.

 

AYNA xəbər verir ki, general-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb.

 

Eyni zamanda, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb.

Müəllif: Ayna.az