Əli Həsənovdan həbs xəbərlərinə reaksiya: “Nəyə görə?”

Xəbərlər

28.12.2019 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

“Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”

 

Dünən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən, hava limanında saxlanılması barədə xəbərlər yayılıb. Həmin məlumatlara görə, Həsənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

 

Lakin o, oxu.az-a açıqlamasında xəbərləri təkzib edib: “Məni niyə saxlamalıdırlar? Nəyə görə? Buna inanırsınız? Mən 25 il bu ölkənin siyasi münasibətlərinin içində olan və aparıcı şəxslərdən biri olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”.

 

Onun sözlərinə görə, sosial şəbəkədə özü ilə bağlı yazılanları oxuyub və bu şayiələrə inanmamağı məsləhət görüb. Ə.Həsənov qeyd edib ki, bundan əvvəl də Avropa ölkələrindən birində əməliyyat keçirib. O, əlavə edib ki, Yeni ilə kimi ölkəyə qayıdacaq.

 

Ə.Həsənovun oğlu Şamxal Həsənli də atasının həbs xəbərləri barədə məlumat yayıb. O bildirib ki, sözügedən məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş