Əli Əsədovla Denis Şmıqal arasında telefon danışığı olub

Xəbərlər

04.02.2022 - 15:52

Ukraynanın Baş naziri Azərbaycan Baş nazirinə telefonla zəng edib

Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.

Telefon söhbəti zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş