Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 11-də Türkmənistana işgüzar səfər edib.
Nazirlər Kabinetindən AYNA.AZ-a bildirilib ki, Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.