Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşüb

Xəbərlər

30.01.2024 - 20:06

İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın fəal inkişafı vurğulanıb

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

Bu barədə AYNA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.

Tərəflər Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş