Baş nazir “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək
Baş nazir Əli Əsədov Qazaxıstan Baş naziri Oljas Bektenovun dəvəti ilə bu gün Almatı şəhərinə işgüzar səfər edib. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Əli Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.
Əli Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.