Ələsgər Məmmədli barədə həbs qətimkan tədbiri seçilib

Xəbərlər

09.03.2024 - 19:40

cedabet dərman SEO Xidməti

Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar qəbul edib

Bakı şəhəri Xətai Rayon Məhkəməsi martın 9-da “Toplum TV” işi üzrə saxlanılan daha bir nəfər barədə həbs qətimkan tədbiri seçib.

AYNA xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Ələsgər Məmmədli dörd ay müddətinə həbs olunub.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Martın 8-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov və İlkin Əmrahovun həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş