“Eldayaq” şadlıq sarayının sahibi cərimələnib

Xəbərlər

13.12.2021 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Dörd min manat məbləğində protokol tərtib olunub

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyənləşib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya bildirilib ki, yoxlamalar zamanı “Eldayaq” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan çox olduğu aşkarlanıb.

Şadlıq sarayının sahibi Novruz Mustafayev inzibati məsuliyyətə cəlb edilib və onun barəsində dörd min manat məbləğində protokol tərtib olunub.

Qayda pozuntularının baş verdiyi digər iki toy məclisi isə rayonun Şahhüseynli və Məmmədqasımlı kəndlərindəki fərdi yaşayış evlərində aşkarlanıb.

Ev sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş