Mübadilə Türkiyə və Misir vasitəsilə aparılıb
İran və ABŞ hakimiyyəti Misir və Türkiyə vasitəsilə "gərginliyi azaltmaq" üçün mesaj mübadiləsi aparıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Əl-Cəzirə” İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Vaşinqton Tehranın əsas tələblərini - kompensasiya və İrana qarşı "təcavüzün tanınmasını" yerinə yetirməkdən imtina edir. Rəsmi qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın danışıqlar üçün şərtləri və müddətləri müəyyən etmək hüququ yoxdur. O bildirib ki, "Hörmüz boğazının bağlanması və minaların qoyulması məsələsi ABŞ-ın hər hansı bir ehtiyatsız hərəkəti gözlənildiyi halda açıq qalır".
Qeyd edək ki, dünən Tramp İranla danışıqlar elan edib və bundan sonra İranın enerji obyektlərinə hücumlara beş günlük moratorium tətbiq edib. O bildirib ki, xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner "İranın ən vacib şəxsi" ilə danışıblar. ABŞ Prezidenti danışıqlar uğursuz olarsa, İrana hücumları davam etdirəcəyi ilə hədələyib.
Tehran isə Vaşinqtonla hər hansı əlaqəni inkar edir.