Əkin sahəsini yandıran şəxs cərimələnib

Xəbərlər

29.08.2025 - 12:03

Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanıb

Dünən saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanıb.

AYNA.AZ xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş