Ehtiyac meyarı 15 manat artırılır

İqtisadiyyat

09.12.2025 - 12:58

Layihə Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək. AYNA.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş