Əhməd Oruc vəfat edib

Xəbərlər

22.11.2025 - 19:13

Müalicə olunduğu xəstəxanada dünyasını dəyişib

Ləğv edilmiş Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc vəfat edib.  AYNA.AZ xəbər verie ki, bu barədə mərhumun yaxın dostu Kamran Məhərrəmli məlumat verib. Ə.Oruc müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Oruc bir neçə gün əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

 Ə.Oruc ürəyində ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.

Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib.

Əhməd Oruc siyasətçi və publisist kimi fəaliyyət göstərib.

1992-93-cü illərdə Prezident Administrasiyanda işləyib.
Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş