Əfqanıstandakı Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTOLAR

Xəbərlər

22.01.2025 - 17:21

Həkimlər Klinikalar SEO Xidməti

“Əfşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılıb

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar Ulduzu” Tədris Mərkəzi açılıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Əfqanıstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi ilə yaradılıb.

Kabil şəhərinin Əfşar-e-Nənəgçi məntəqəsində yerləşən və qeydiyyatından keçmiş “Əfşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılıb.

Mərkəzin sinif və müəllimlər otaqları lazımı avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilib.

Əfqanıstandakı Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - Əfqanıstandakı Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - Əfqanıstandakı Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - Əfqanıstandakı Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - Əfqanıstandakı Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - Əfqanıstandakı Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş