Əfqanıstanda zəlzələ: 500 nəfər ölüb

Dünya

01.09.2025 - 11:26

Yaralıların sayı min nəfəri keçib

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş