Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb

Dünya

02.08.2022 - 07:53

Əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb

“Əl-Qaidə” terror təşkilatının başçısı öldürülüb. AYNA Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.

Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.

Bildirilir ki, əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.

Müəllif: Ayna.az