Cənubi Koreyadan olan yazıçı Han Qang ədəbiyyat sahəsi üzrə 2024-cü ilin qalibi olub
Bu gün Stokholmda Ədəbiyyat üzrə “Nobel” mükafatının qalibi elan edilib. AYNA xarici mediaya istinadən bildirir ki, Cənubi Koreyadan olan yazıçı Han Qang ədəbiyyat üzrə mükafatın qalibi olub.
Onun 2016-cı ildə Beynəlxalq Buker Mükafatını alan ilk romanı "The Vegetarian"la Koreyadan kənarda məşhurlaşdı. Han Qang həm də “Sevimli oğluma” və “Əlvida deməyəcəyəm” romanlarının müəllifidir.
Nobel Komitəsinin qərarında deyilir ki, mükafat “tarixi travmaya meydan oxuyan və insan həyatının kövrəkliyini ifşa edən dərin poetik nəsrə” görə verilib.
Oktyabrın 11-də Norveç Nobel Komitəsi Sülh Mükafatının qalibini elan edəcək. Bu həftənin əvvəlində tibb, fizika və kimya üzrə mükafatların qalibləri məlum olub.