Mükafat yazıçı Abdulrazak Qurnaya verilib
2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatının sahibinin adı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Bildirilir ki, mükafat Tanzaniyadan olan və hazırda Böyük Britaniyada yaşayan yazıçı Abdulrazak Qurnaha verilib.
O, bu mükafata "mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə və qaçqınların taleyinə barışmaz və şəfqətli şəkildə nüfuzuna görə" layiq görülüb.
Qurnah 1948-ci ildə Tanzaniyanın Zanzibar adasında ərəb əsilli müsəlman ailədə anadan olub. 1968-ci ildə İngiltərəyə köçərək orada təhsilini davam etdirib. Hazırda Böyük Britaniyada yaşayır. Əsərləri Buker mükafatının uzun və qısa siyahılarına düşüb. “Cənnət”, “Fərarilik”, “Dəniz kənarında” və başqa əsərlərin müəllifidir.