DYP-dən sürücülərə texniki baxışla bağlı <font color=red> XƏBƏRDARLIQ</font>

Xəbərlər

27.11.2020 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobili texniki baxış müddəti keçən sürücülərə xəbərdarlıq edib. BDYPİ-dən AYNA-ya verilən məlumata görə, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış Bakı, Sumqayıt və Abşeron rayonu sakinləri avtomobillərini texniki baxışdan keçirməlidirlər.

 

“Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər”, - deyə BDYPİ-nin məlumatında bildirilib.

 

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN BDYPİ bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş