Düşmənin yüksək rütbəli zabiti məhv edilib - <font color=red> RƏSMİ</font>

Xəbərlər

12.10.2020 - 09:42

cedabet dərman SEO Xidməti

Ölənlər arasında tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var

 

Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb.

 

Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

 

Məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş