Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Xəbərlər

08.10.2020 - 00:58

Ordumuzun uğurlu əks-hücum əməliyyatları davam edir 

 

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı düşmənin məhv edilən hərbi texnikalarının sayını və adlarını açqlayıb.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Müəllif: Ayna.az