Düşmənin hərbi avtomobil korteji darmadağın oldu - <font color=red> VİDEO</font>

Xəbərlər

01.11.2020 - 22:28

Kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib

 

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

İstiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

Müəllif: Ayna.az