Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları partladılıb

Xəbərlər

01.11.2020 - 13:17

Dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib

 

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

 

Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb - VİDEO

Müəllif: Ayna.az