Düşməndən diversiya cəhdi: Erməni komandir əsir götürüldü - <font color=red> RƏSMİ</font>

Xəbərlər

23.08.2020 - 21:35

cedabet dərman SEO Xidməti

MN: Düşmən itki verərək geri çəkilməyə məcbur edilib

 

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

 

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

 

“Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə Müdafiə Nazirliyi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş