Alimlər virusun yarasalarda olduğunu və onlardan insanlara keçdiyini ehtimal edirlər
Çinin Vuhan şəhərində meydana gələn və bütün dünyanı qorxuya salan koronavirusla bağlı yeni iddialar ortaya çıxıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, alimlər virusun yarasalarda olduğunu və onlardan insanlara keçdiyini ehtimal edirlər.
Çində bu virus səbəbindən ölənlərin sayı artıq 17 nəfərə çatıb. Yanvarın 25-də Çində qeyd edilməsi gözlənilən Yeni il tədbiri ilə əlaqədar milyonlarla çinlinin xaricə səyahət edəcəyi dünyada böyük təlaşa səbəb olub.
Ayna.az
Pin up casino Pin-up casino giriş