Dünyada koronavirusa yoluxanların sayı 620 milyonu keçib

Dünya

15.10.2022 - 08:33

Dünyada koronavirusla bağlı son vəziyyət məlum olub

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 620 milyon nəfəri keçib. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

ÜST-nin son statistikasına görə, indiyədək dünyada 620 878 405 nəfər COVID-19-a yoluxub, onlardan 6 543 138 nəfər ölüb. Son sutkada yoluxma sayı 912 483, ölüm sayı 2 486 olub.

Statistika rəsmi məlumatlara əsaslanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş