Koronavirusa yoluxma sayına görə birinci yerdə ABŞ qərarlaşıb
Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 206 milyon nəfəri keçib. AYNA xarici mediaya istinadən bildirir ki, bu gün səhər saatlarına olan məlumata əsasən, dünyada koronavirusa 206 milyon 261 mindən çox yoluxma halı qeydə alınıb.
Xəstəlikdən ölənlərin sayı 4 milyon 348 min 336 nəfərə, sağalanların sayı isə 185 milyon 108 min nəfərə çatıb.
COVID-19-a yoluxma sayına görə birinci yerdə gedən ABŞ-da yoluxma hallarının sayı 37 milyon 203 mini, infeksiya səbəbindən həyatını itirənlərin sayı 636,2 min nəfəri keçib, 30 milyon 97 mindən çox xəstə isə sağalıb. Yoluxma göstəricisinə görə sonrakı yerlərdə Hindistan və Braziliya qərarlaşıb.