Asif Əli Zərdari dörd həftə gəzə bilməyəcək
Pakistan Prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam Dubay Beynəlxalq Hava Limanına təyyarədən enərkən ayağı sınıb.
AYNA xəbər verir ki, bu barədə bu gün “Dawn” qəzeti Prezident katibliyinin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yıxıldıqdan sonra dövlət başçısı dərhal xəstəxanaya aparılıb. Tibbi müayinədən sonra onun ayağına gips qoyulub. Prezident dörd həftə gəzə bilməyəcək.
Qeyd olunub ki, Zərdariyə tam istirahət təyin olunub.