DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edib

Xəbərlər

09.02.2023 - 13:44

Namizədlər DSX-nin Hərbi Hospitalına və ya hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, DSX hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, həkim-terapevt, həkim-cərrah, üz çənə cərrahı, həkim-kardioloq, həkim-ginekoloq, həkim-oftalmoloq, həkim-uroloq, həkim radioloq, həkim-infeksionist, həkim-psixiatr, həkim-endoskopist, həkim-hematoloq, həkim-sanepidemioloq, dəri-zöhrəvi həkimi, funksional diaqnostika kabinetinin həkimi, travmatoloq-ortoped, ordinator həkim-otolorinqoloq, anestezioloq-reanimatoloq, feldşer ixtisasları üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı, fiziki cəhətdən sağlam olmalı, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.

Namizədlər DSX-nin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün ünvan Bakı şəhəri, Z.Əliyeva küçəsi 30-dur. Əlaqə nömrəsi (012) 564-16-92, (012) 493-62-47-dir.

Müəllif: Ayna.az