Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Xəbərlər

22.11.2023 - 17:20

Ödəniş kartlarında artım debet kartları üzrə 20 faiz, kredit kartları üzrə 22,1 faiz təşkil edib

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabr ayının sonunda ötən aya nəzərən 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib.

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20 faiz, kredit kartları üzrə 22,1 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2,2 milyon ədəd artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş