Şəhid Hacıəli Qasımov doğulduğu kənddə dəfn olunacaq
19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.
AYNA-nın APA-ya istinadən məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhid Hacıəli Qasımov doğulduğu kənddə dəfn olunacaq.