Direktorluğa qəbul müsabiqəsinin ilk mərhələsinin statistikası açıqlanıb

Xəbərlər

07.10.2020 - 17:58

Müsabiqədə iştirak etmək üçün 3 min 251 namizəd elektron müraciət edib

 

Sentyabrın 28-dən oktyabrın 5-dək direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, müsabiqədə iştirak etmək üçün 3 min 251 namizəd elektron müraciət edib, onlardan 2 min 479 nəfər elektron ərizəsini təsdiqləyib. Namizədlərdən 1350-si qadın, 1129-u kişidir. Qeyd edək ki, 1514 namizəd direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəsinə ilk dəfə qatılır.

 

Namizədlərdən 25 nəfər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alıb, 14 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. 275 nəfər 22-30 yaş, 1192 nəfər 30-40 yaş, 558 nəfər 40-50 yaş, 346 nəfər 50-60 yaş, 108 nəfər 60-64 yaş aralığındadır.

 

Müsabiqədə iştirak edən namizədlərdən 1680 nəfər müəllim, 563 nəfər təlim-tərbiyə işi üzrə direktor müavini, 100 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 45 nəfər metodist və psixoloq, 26 nəfər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 13 nəfər uşaq birliyi rəhbəri, 6 nəfər laborant, 1 nəfər kitabxanaçı vəzifəsində çalışır.

 

Hazırda elektron ərizələrin yoxlanılması prosesi davam edir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar